BAKI, 5 okt — Sputnik. Rusiya prezidenti Vladimir Putin, parlamentdəki çıxışı zamanı ölkəsinin güclü olmasının səbəbini açıqlayıb. Sputnik xəbər verir ki, Kreml rəhbəri, bu gücün sadəcə müdafiə qabiliyyətindən qaynaqlanmadığını, xalqın birliyindən irəli gəldiyini söyləyib.
"Bizim əsla super güc olmaq niyyətimiz olmayıb. Və belə bir şeyi heç planlamırıq da. Rusiyanın gücü öz içərisindən gəlir. Bu da xalq arasında birliyin olmasıdır", — Putin deyib.
O, daha sonra əlavə edib: "Gücümüz xalqımız, insanlarımız, ənənələrimiz, mədəniyyətimiz, iqtisadiyyatımız, geniş torpaqlarımız, təbii sərvətlərimiz və əlbəttə müdafiə qabiliyyətimizdən gəlir. Amma ən əhəmiyyətlisi — gücümüz xalqımızın birliyindən gəlir".
Dövlət başçısı, həmçinin qeyd edib ki, Dumadakı bütün partiyalar Rusiyanın təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əllərindən gələn dəstəyi verəcək.