PKK-ya "işləyən" şəxs öldürülüb

© olympiada.files.wordpress.comPKK terror
PKK terror - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə hava əməliyyatı başladılıb

BAKI, 5 okt — Sputnik. Türkiyənin Bitlis əyalətinin Şehi meşəlik sahəsində PKK terrorçuları ilə görüşə gedən iki nəfərdən biri ordunun əməliyyatı nəticəsində öldürülüb, digər şəxs və bir terrorçu da yaralanıb. Əməliyyata polis də qoşulub.

Sputnik Sözcü qəzetinə istinadən xəbər verir ki, Diyarbəkir şəhərinin Lice qəsəbəsində isə PKK terrorçularının təşkil etdiyi hücumda 2 əsgər şəhid olub, 3-ü yaralanıb. Yaralı əsgərlər xəstəxanaya çatdırılıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə hava əməliyyatı başladılıb. Tunceli əyalətində isə yol kəsərək Fərat Elektrik Stansiyasına aid bir maşını atəşə tutan PKK terrorçularının zərərsizləşdirilməsi üçün hava əməliyyatı başlayıb.

Xəbər lenti
0