BAKI, 5 okt — Sputnik. Rusiyalı tennisçi Mariya Şarapovanın cəza müddəti 15 ayadək azaldılıb. İdman Arbitraj Məhkəməsi (CAS) bu haqda qərar çıxarıb. Sputnik CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı idmançı 26 aprel 2017-ci il tarixindən tennis kortuna geri dönəcək.
Qeyd edək ki, dopinq testdən nəticəsi müsbət çıxan M.Şarapova 2 illik tennisdən uzaqlaşdırılmışdı.