Türk ordusundan İŞİD-ə ağır zərbə

© Photo : hurriyet.com.trTürkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi
Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi - Sputnik Azərbaycan
Abunə olmaq
Terror təşkilatının içərisi silahla dolu 4 avtomobili, 3 motosikleti vә bir neçə sığınacağı mәhv edilib

BAKI, 4 okt — Sputnik. Türk ordusunun Suriyanın şimalında başlatdığı "Fәrat Qalxanı" әmәliyyatının 42-ci günündә toqquşmalar intensivlәşib. Kəşfiyyat və müşahidə vasitələri ilə təsbit edilən İŞİD terrorçularının 80 hədəfinә 199 top atışı, 20 dəfə iri ölçülü raketlərdən atəş açılıb.

Sputnik Milliyet-ə istinadən xəbər verir ki, İŞİD-in içərisi silahla dolu 4 avtomobili, 3 motosikleti vә bir neçə sığınacağı mәhv edilib. Ümumilikdә indiyədək 1800 hәdәfә 5 mindәn çox atәş açılıb.

Son günlər toqquşmalar Azez-Rai bölgələrində daha çox şiddətlənib. Azad Suriya ordusunun 10 döyüşçüsü yaralanıb. Әmәliyyat nәticәsindә 10 terrorçu mәhv edilib, terrorçuların istifadә etdiyi 2 bina dağıdılıb.

Xəbər lenti
0