İstifadə etdiyimiz təqvimin əsası bu gün qoyulub

© Сакк/РИА НовостиVaxt axarı
Vaxt axarı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda Qriqorian təqviminə keçid 1918-ci ildə baş verib.

BAKI, 4 okt — Sputnik. Roma Papası XIII Qriqorinin qərarı ilə 1582-ci il oktyabrın 4-də Avropada yeni təqvimə keçid başlanıb.

Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrından sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi.

Yuli təvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında — İsa Məsihin doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi. Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolita ərazisində oktyabrın 5-nin 15 oktyabr olduğu elan edildi. 

Azərbaycanda yeni təqvimə keçid 1918-ci ildə baş verib. 18 aprel 1918-ci il tarixində isə Zaqafqaziya Demokratik Federativ Respublikasında Qriqori təqviminə keçilir və elan olunur ki artıq heç də aprelin 18-i yox, əslində, mayın 1-dir.

Xəbər lenti
0