BAKI, 4 okt — Sputnik. Mərkəzi Bank dolların oktyabrın 5-nə rəsmi məzənnəsini 1,6115 AZN/USD səviyyəsində müəyyən edib. Mərkəzi Bankdan Sputnik-ə bildiriblər ki, bu, oktyabrın 4-ü ilə müqayisədə 0,14 faiz azalma deməkdir.
Bu gün dolların rəsmi məzənnəsi 1,6138 AZN/USD olub.