CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərb bölgəsində ictimai müzakirələr təşkil olunub

© Photo : strateq.azBölgələrdə “Açıq Hökumətə Vətəndaş Dəstəyi” mövzusunda ictimai mühazirələr keçirilib
Bölgələrdə “Açıq Hökumətə Vətəndaş Dəstəyi” mövzusunda ictimai mühazirələr keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
İctimaiyyət nümayəndələrinin Açıq Hökumət Təşəbbüslərində iştirakı imkanları müzakirə olunub

BAKI, 4 okt — Sputnik. "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ""Açıq Hökumət"in təşviqinə vətəndaş dəstəyi" layihəsini həyata keçirir. Birlikdən Sputnik-ə verilən məlumata görə, layihənin məqsədi "Açıq Hökumət" ideyasının təbliği, Açıq Hökumət Təşəbbüsləri istiqamətində tədbirlərin daha səmərli həyata keçirilməsinə ictimai dəstək verilməsidir.

Layihə çərçivəsində Azərbaycanda Açıq Hökumət Təşəbbüsləri, həyata keçirilən tədbirlər, əldə olunan naliyyətlər barədə KİV-də maarifləndirici məqalələr dərc olunub. "Facebook" sosial şəbəkəsində "Açıq Hökumətə Vətəndaş Dəstəyi" adlı qrup yaradılıb. Bu qrup vasitəsilə də maarifləndirici materiallar istifadəçilər arasında yayılır.

Layihə çərçivəsindəki fəaliyyətlərindən biri kimi Qazax və Tovuz rayonlarında gənclərin, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı ilə "Açıq Hökumətə Vətəndaş Dəstəyi" adlı ictimai mühazirələr təşkil olunub. Ümumilikdə, ictimai mühazirələrə 60 iştirakçı qatılıb.

© Photo : strateq.azBölgələrdə “Açıq Hökumətə Vətəndaş Dəstəyi” mövzusunda ictimai mühazirələr keçirilib
Bölgələrdə “Açıq Hökumətə Vətəndaş Dəstəyi” mövzusunda ictimai mühazirələr keçirilib - Sputnik Azərbaycan
Bölgələrdə “Açıq Hökumətə Vətəndaş Dəstəyi” mövzusunda ictimai mühazirələr keçirilib

Layihənin eksperti Zaur İbrahimov "Azərbaycanın Açıq Hökumət Təşəbbüsündə iştirakı" mövzusunda məruzə ilə çıxış edib. İştirakçılara vətəndaşların, ictimaiyyət nümayəndələrinin Azərbaycanda Açıq Hökumət Təşəbbüslərində iştirakı imkanları, dövlət qurumları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, "İctimai iştirakçılıq haqqında" qanun barədə ətraflı məlumat verilib. Bu məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti
0