CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikrorayon sakinlərinin müşkülü həll olundu

© Photo : Bakı Metropoliteninin mətbuat xidməti"Dərnəgül" elektrik deposu ərazisində yeraltı piyada keçidi
Dərnəgül elektrik deposu ərazisində yeraltı piyada keçidi - Sputnik Azərbaycan
Abunə olmaq
Binəqədi rayonu ərazisində sakinlər üçün piyada keçidi istifadəyə verilib

BAKI, 4 okt — Sputnik. Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin "Dərnəgül" elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib. "Bakı Metropoliten" QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır.

© Photo : Bakı Metropoliteninin mətbuat xidmətiBinəqədi rayonu 7-ci mikrorayon M.Əliyev küçəsində inşa olunmuş piyada keçidi
Binəqədi rayonu 7-ci mikrorayon M.Əliyev küçəsində inşa olunmuş piyada keçidi  - Sputnik Azərbaycan
Binəqədi rayonu 7-ci mikrorayon M.Əliyev küçəsində inşa olunmuş piyada keçidi

Belə ki, sakinlər tikintisi davam edən "Dərnəgül" elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul etmişdi.

Qeyd edək ki, uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq sakinlərin istifadəsinə verilib. Layihəsi "Bakı Metropoliteni" QSC nəzdində fəaliyyət göstərən "Bakımetrolayihə" İnstitutu tərəfindən hazırlanan piyada keçidi Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.

Xəbər lenti
0