ELM

Ekspert: Təhsil sahəsində problemlər hələ də qalmaqdadır

Abunə olmaq
Oktyabrın 4-də Sputnik Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda orta təhsilin problemlərinə və onların həlli yollarına həsr edilmiş mətbuat konfransı keçirilib.

Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycanda orta təhsilin problemləri və onların həlli yolları" mövzusunda keçirilən mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovun sözlərinə görə, keçid dövrü və Qarabağ problemi Azərbaycan təhsilini çox mürəkkəbləşdirdi, çoxlu problemlər yaratdı: "İdarəetmə, təhsil siyasəti, dərsliklər, şagirdlərin dərsə cəlb edilməsi, müəllim və ya direktorların seçilməsi — bütün bunlar problemə çevrildi".

Daha sonra çıxış edən təhsil üzrə ekspert Nadir İsrafilov dedi ki, Azərbaycanda təhsil sahəsində müəyyən işlər görülsə belə, bir çox problemlər hələ də qalmaqdadır: "Bu, hər şeydən əvvəl keçid dövrünün problemləri ilə bağlıdır. Bizim ən böyük nöqsanımız ondan ibarət oldu ki, biz uzun illərdən bəri toplanmış potensialı nəinki inkişaf etdirdik, əksinə, olan potensialı da vurub dağıtdıq".

 

Xəbər lenti
0