Pirallahı adasını sahillə birləşdirən körpünün tikintisi başa çatıb

© Photo : SIAПираллахинский район
Пираллахинский район - Sputnik Azərbaycan
Abunə olmaq
730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq.

BAKI, 4 okt-Sputnik. Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb. Körpü ətrafında isə son tamamlanma işləri həyata keçirilir.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, hazırda Pirallahı qəsəbəsinə gedən kommunikasiya (rabitə, elektrik su və kanalizasiya, qaz) xətlərinin köçürülməsi işləri aparılır ki, bu işlər də yekunlaşmaq üzrədir. Kommunikasiya xətlərinin körpünün alt hissəsindən keçirilməsi üçün hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiyalar da quraşdırılıb. Kommunikasiya xətlərinin yuxarı qaldırılaraq körpünün altından keçirilməsinə səbəb isə gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissəsinin açılmasıdır. Artıq sözügedən keçid hissənin də açılmasına start verilib.

Bundan başqa Pirallahı qəsəbəsini körpü ilə birləşdirən mövcud avtomobil yolunun da yenidən qurulmasına başlanılıb. Layihə çərçivəsində Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması da nəzərdə tutulub. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq.

Qeyd edək ki, Körpünün tikintisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq aparılıb.

"Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması" layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli olaraq aparılıb.

Layihə çərcivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 422 m).

Bütün işlər "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllğa riayət olunmaqla aparılır.

Xəbər lenti
0