Azərbaycanlı üç hakim Avropa Məhkəməsi hakimliyinə namizəd göstərilib

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidДворец Европы в Страсбурге, где проходят заседания ПАСЕ
Дворец Европы в Страсбурге, где проходят заседания ПАСЕ - Sputnik Azərbaycan
Abunə olmaq
AŞPA AHİM Hakimlərin Seçilməsi Komitəsində namizədliyi irəli sürülmüş 3 azərbaycanlı hakimin məsələsinə baxılıb.

BAKI, 4 okt-Sputnik. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsində AİHM-ə seçilmək üçün namizədliyi irəli sürülmüş 3 azərbaycanlı hakimin məsələsinə baxılıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, sentyabrın 29-da komitə iclası zamanı azərbaycanlı namizədlərin siyahısı komitənin tövsiyələri ilə birlikdə AŞPA-ya göndərilib.
AŞPA-nın oktyabrın 10-14-də keçiriləcək payız sessiyası zamanı oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.

Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

Qeyd edək ki, bundan əvvəl 2 dəfə — ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

Xəbər lenti
0