Prezident: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

© Official website of President of Azerbaijan Republicİlham Əliyev V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşündə çıxış edib.

BAKI, 2 okt — Sputnik. "Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşündə çıxış edən prezident İlham Əliyev deyib.

Prezident İlham Əliyev deyib ki, savadlılıq radikalizmə, nadanlığa qarşı əsas maneədir və Azərbaycanda savadlılıq 100 faizdir: "Biz milli-mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda bir müasir ölkəyik. Əfsuslar olsun ki, 1990-cı ildə Ermənistanın hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilib. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. 10 ölkə bu soyqırımını tanıyıb. ATƏT regiona iki dəfə faktaraşdırıcı missiya göndərib. Üzə çıxarılan faktlar insanı dəhşətə gətirir. Bütün məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Biz isə Bakıda erməni kilsəsini bərpa etmişik. Ona görə də təsadüfi deyil ki, Azərbaycanı multikulturalizm mərkəzi kimi tanıyırlar".

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Bu münaqişədən xalqımız böyük əziyyət çəkir. Münaqişə dövründə əhalisi 8 milyon nəfər olan Azərbaycanın əhalisinin 1 milyonu qaçqın və məcburi köçkün idi. Buna baxmayaraq, Azərbaycan 25 ildə şərəfli yol keçib. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir". 

Xəbər lenti
0