BAKI, 2 okt — Sputnik. Sizin ölkədə dini azadlıqlar tam təmin edilib. Roma Papası Fransisk oktyabrın 2-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşdə bu fikri işlədib.
Papa Azərbaycanın qədim bir ölkə olduğunu vurğulayıb. O xüsusilə Avropa ölkələri üçün mənəvi məsələlərin xüsusi əhəmiyyət daşıdığını, sivilizasiyalararası dialoqun lazımi bir məqam olduğunu vurğulayıb.
Prezdident İlham Əliyev öz növbəsində pontifikin səfərinin Vatikan–Azərbaycan əlaqələri, eyni zamanda, sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb etdiyini, həmçinin Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi, sülh, mehribanlıq şəraitində yaşadığını vurğulayıb.
Daha sonra prezident İlham Əliyevin ailə üzvləri Roma Papası ilə görüşüblər.
Görüşün sonunda hədiyyələr təqdim olunub.