Azərbaycan-İran birgə avtomobilinin bazara çıxacağı tarix açıqlandı

© Sputnik / Fuad HasanovƏksər avtomobillərə böyük endirimlər təklif olunur
Əksər avtomobillərə böyük endirimlər təklif olunur - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan-İran birgə avtomobil zavodu ilk məhsulunu 2017-ci ilin may ayında buraxacaq.

BAKI, 1 okt-Sputnik. Azərbaycan-İran birgə avtomobil zavodu ilk məhsulunu 2017-ci ilin may ayında buraxacaq.

Sputnik xəbər verir ki, bu barədə Trend-ə İranın sənaye nazirinin müavini Cəfər Sarcini deyib.

Onun sözlərinə görə, Azərbaycanın "AzEuroCar LLC" şirkəti və İran maşınqayırmasının böyük şirkəti "Khodro" Neftçala rayonunda birgə müəssisənin yaradılması üçün ilk addımları atıblar.

Qeyd edək ki, avqust ayında Neftçalada 10 ha ərazidə birgə avtomobil zavodunun təməlqoyma mərasimi keçiriilib.

Layihənin dəyəri 15 milyon dollar dəyərindədir. Bu zavodda İranın Dena, Runna, Soren və Samand avtomobil markaları istehsal ediləcək. Zavodun gücü ildə 10000 avtomobil istehsalı təşkil edəcək.

İlkin mərhələdə 300 işçi yerinin olması nəzərdə tutulan zavod artıq tikinti mərhələsindədir.

Layihə iştirakçıları hazır məhsulun təxminən 20 faizinin ixrac ediləcəyini bildiriblər.

Xəbər lenti
0