BAKI, 1 okt-Sputnik. "Bank of America" Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaq barədə qərarının neft qiymətlərinə təsir edə biləcəyi, lakin qiymətin 70 dolları ötməyəcəyi qənaətindədir.
Sputnik AZƏRTAC-a istinadla xəbər verir ki, bankdan edilən şərhdə OPEC-in gündəlik istehsalını 700 min barrel azaltmaq barədə qərarının neftin qiymətində bahalaşmaya səbəb olacağı bildirilir.
"Lakin OPEC-in hasilatı azaltması 2017-ci ilin ortalarına qədər "Brent" markalı neftin qiymətinin 70 dollar/barreli üstələməsinə səbəb olmayacaq", — deyə bankın məlumatında bildirilir.
"Bank of America" 2017-ci il üçün neftin orta qiyməti üzrə proqnozunun 61 dollar/barrel olduğunu açıqlayıb.