BAKI, 30 sen — Sputnik. Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Sputnik xəbər verir ki, Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, "BE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan ("B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), tramvayları, trolleybusları idarəetmə hüququ 21 yaşdan, "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 26 yaşdan (65 yaşadək və "D" kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.