CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik edildi

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur

BAKI, 30 sen — Sputnik. Milli Məclisin plenar iclasında "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik təklifi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib.

Əlavəyə görə, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur. Layihə səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0