CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sivilizasiyalararası dialoqun təmin edilməsində jurnalistikanın rolu müzakirə olundu

© AZƏRTACV Bakı Beynəlxalq Humanitar Forumu
V Bakı Beynəlxalq Humanitar Forumu - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir çərçivəsində AZƏRTAC-la İtaliyanın "Adn Kronos International SRL" agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq sazişi imzalanıb

BAKI, 30 sen — Sputnik. Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda "dəyirmi masa" işə başlayıb. Sputnik xəbər verir ki, üç paneldən ibarət olan "dəyirmi masa"da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunur.

Jurnalkistika - Sputnik Azərbaycan
CƏMİYYƏT
Jurnalistlərin "yaralı yeri": haqqın olanı ala bilməyəsən

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçən ilk paneli AZƏRTAC-ın baş direktoru Aslan Aslanov giriş nitqi ilə açıb. UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyu, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva, İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi, Malayziyanın "Qlobalist" jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki, "World Investors" internet televiziyasının prodüseri Kazuyasu İşida paneldə çıxış ediblər.

"Dəyirmi masa" mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolunun müzakirə olunduğu panel iclası ilə davam edib. Tədbir çərçivəsində AZƏRTAC ilə İtaliyanın Adn Kronos International SRL (AKİ) agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq sazişi imzalanıb.

Xəbər lenti
0