Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İntiharla ömrünə son qoymuş görkəmli rejissor

© interaztv.comRejissor Lətif Səfərov
Rejissor Lətif Səfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Aktyor, rejissor, ssenarist Lətif Səfərovun anadan olmasından 96 il ötür.

BAKI, 30 sen — Sputnik. Görkəmli Azərbaycan aktyoru, rejissor, ssenarist Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub.

7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb.

1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib. Müharibənin başladığı üçün təhsilini yarımçıq qoyaraq Bərdəyə qayıdıb və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul olub. 1946-cı ildə Moskvaya geri dönərək təhsilini davam etdirib. 1950-ci ildə təhsilini başa vurub və professional kinematoqrafçı kimi Bakıya dönüb, kinostudiyada işləməyə başlayıb. 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verib. 1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olunub. Bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. Filmin ssenarisini Boris Laskin və Nikolay Rojkov qələmə almışdı və ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı.

"Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi.

Lətif Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sonra "Koroğlu" filmini lentə almağa başlayıb. 1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılıb.

Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngi ilə intihar edib.

Müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olub.

Xəbər lenti
0