BAKI, 30 sen — Sputnik. "Bir müddət öncə ölkəmizdə "Maarifçi" Tələbə Kredit Fondu yaradılıb. Ancaq təəssüf ki, bu quruma cəmi 11 universitet üzv olub".
Sputnik xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Aydın Mirzəzadə bildirib. "Bu da müəyyən problemlər yaradır. Bu sahədə problemlər tam həllini tapmayıb. Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir", — millət vəkili qeyd edib.