CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dünyanın heç bir yerində banklar belə soyğunçuluq etmir"

© azadliq.orgƏli Məsimli
Əli Məsimli - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır?"

BAKI, 30 sen — Sputnik. Banklar manipulyasiya edib insanları aldadır. Sputnik xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Manat - Sputnik Azərbaycan
CƏMİYYƏT
Banklar indi də manat qıtlığından əziyyət çəkir

O, manatın Azərbaycanda yeganə ödəniş vasitəsi olduğunu qeyd edərək, dollar ifadəsində ödənişi düzgün hesab etmədiyini vurğulayıb: "Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır? Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar".

"Başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur", — deputat əlavə edib.

Xəbər lenti
0