Əhali sayına görə ölkənin 4-cü böyük şəhəri olan Mingəçevir sakinləri su anbarını "dəniz" adlandırır. Bu "dəniz"də balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Burada bəzi sakinlər balıqçılıqla peşə kimi, çoxları isə həvəskar olaraq məşğul olurlar.
Həvəskar balıqçı Elnur Əliyev də Mingəçevir sakinidir. Əsasən yay aylarında həftədə 1-2 dəfə "dəniz" sahilinə gələrək balıq tutur, istirahət edir. Qılçıqsız (sümüksüz) olduğuna görə və dadlı olduğuna görə, daha çox sudak balığına üstünlük verir.
Bu balığın tutulması incəliklərini də Elnur bizimlə bölüşdü.