Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Meşədə və həyətlərdə bitən bu bitkini ancaq həkimlə müqayisə etmək olar

© pixabay / HansƏzgil
Əzgil - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın əksər bölgələrində mədəni və yabanı şəkildə bitən əzgil görün insana nə qədər faydalıdır.

BAKI, 30 sen-Sputnik. Payız mövsümünün vazkeçilməzi olan, Azərbaycanın əksər bölgələrində mədəni və yabanı şəkildə bitən əzgil insan orqanizmi üçün son dərəcə faydalı bitkidir. Çünki o, orqanizmi təmizləyir, cavanlaşdırır və bir çox xəstəliklərdən xilas edir.

Sputnik Təbabət qrupuna istinadla xəbər verir ki, əzgil kimyəvi tərkibə görə almaya bənzəyir. Bu çox faydalı meyvədir.

Əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kal əzgil ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. Əzgil pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Əzgili uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.

Tut ağacı - Sputnik Azərbaycan
SƏHİYYƏ
İnsan orqanizmi üçün çox faydalı 6 bitki
Əzgil həmçinin qanda "pis" xolesterinin səviyyəsini aşağı salır və bunun nəticəsində damarları qoruyur, aterosklerozun inkişafını ləngidir. Ateroskleroz zamanı damarların divarlarında xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, onların elastikliyi pozulur. Bu proses ürək və beyin damarlarını da əhatə edir. Nəticədə insanda insult və infarktın riski artır.

Əzgil ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı çox faydalıdır — arterial təzyiqi tənzimləməyə kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanın laxtalanmasını artırır.

Əzgil sınanmış bəlğəmgətirici vasitədir. Bronxit, öskürək zamanı əzgilin ətini əzib balla qarışdırın və qəbul edin. Bu dadlı dərman nəfəsalmanı asanlaşdırır, nəfəs yolları təmizləyir, iltihabın azalmasına kömək edir.

Əzgil yarpaqları da çox təsirli müalicəvi vasitədir. Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Gün ərzində 1 stəkan belə dəmləmə içmək olar.

Əzgil yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı effekt verir. Bu dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır, ağızda iltihablarla mübarizə aparır.

Əzgil yarpaqlarının dəmləməsi müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema, dermatit, səpgilər vəs.) zamanı istifadə olunur. Körpələrin dərisində olan səpgiləri də bu dəmləmə yaxşı aparır. Uşağı çımzdirəndə vannaya əzgil yarpaqlarının dəmləməsini əlavə edin.

Əzgil üz dərisi üçün də çox xeyirlidir. Əzgilin əti dərinin elastikliyini artırır, nəmləndirir, cavanlaşdırır. Ən sadə maska varianti — əzgili təmizləyin, əzin və üz dərisinə çəkin. Dəriniz qurudursa, maskaya 1 çay qaşığı zeytun yağı əlavə edin. 20 dəqiqədən sonra üzünüzü yuyun.

Əzgildən çox yaxşı təbii skrab hazırlamaq olar. Bunun üçün əzgilin tumlarını qəhvə üyüdən maşınında əzin, əzgilin əti ilə qarışdırın və üzünüzü bu skrabla təmizləyin.

Xəbər lenti
0