Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türklərin pasportsuz gediş-gəliş təklifi Rusiyada narahatlıq yaradıb

© Andrei Iglov / Mediabanka keçidSərhəd xidməti
Sərhəd xidməti - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Nikolay Silayev: "Türkiyənin motivləri başa düşüləndir, amma Rusiya tərəfinin bu təşəbbüsü dəstəkləməmək üçün ciddi əsasları var"

BAKI, 29 sen — Sputnik. "Rusiyadan Türkiyəyə təkcə turistlər getmir". Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Nikolay Silayev, Türkiyənin Rusiya vətəndaşlarını xarici pasportlarsız qəbul etmək imkanlarını Sputnik üçün şərh edərkən belə deyib.

Ərdoğan və Putin - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ilə Türkiyə pasportsuz gediş-gəliş rejiminə keçə bilər

"Türkiyə rusiyalılara xarici pasportsuz gəlməyə icazə verə bilər" deyə Antalyanın Ticarət-Sənaye Palatasının prezidenti Davut Çətin bildirib. O, qeyd edib ki, rəhbərlik etdiyi təşkilat fəal şəkildə Türkiyənin hakimiyyət və qanunverici dairələrini rusların ölkəmizə Rusiyanın daxili pasportları ilə gəlməsinə icazə verilməsi barədə təşəbbüs qaldırmağa çağırır.

Silayevin sözlərinə görə, Türkiyə tərəfinə öz turizmini əvvəlki səviyyəyə qaldırmaq üçün rus turistlərin ölkəyə gəlişini sadələşdirmək lazımdır: "Amma Rusiya üçün bu məsələ bir qədər başqa xarakter daşıyır".

O, qeyd edib ki, daxili pasportlarla gediş-gəliş Türkiyəyə səfər edən insan axını üzərində nəzarətin effektivliyini aşağı salır: "Ora Rusiyadan təkcə turistlər getmir. Rusiyadan qadağan olunmuş radikal terror təşkilatı olan İŞİD-ə və digər o cür təşkilatlara qoşulanların hamısı Suriyaya Türkiyə sərhəddindən daxil olur".

"Əlbəttə, pasport nəzarəti zamanı sərhədçilər bütün pasportları yoxlayırlar. Amma məsələ ondadır ki, adi pasportla yanaşı xarici pasportu da almaq lazımdır. Əgər vətəndaş xarici pasport alırsa, bu, öz növbəsində xüsusi xidmətlərə də bir siqnaldır ki, pasportu alan şəxsin Suriyaya getmək niyyəti ola bilər", — ekspert vurğulayıb.

Həmsöhbətimiz hesab edir ki, xarici pasport adamlara həm də o qəbildən olan səfərlərdən uzaq durmaq imkanı verir: "Bu, qanuni təcrübə deyil, lakin artıq sınaqdan çıxıb. Belə deyək, əgər adam harasa gedirsə, onun yoldaşı və 3 azyaşlı uşağı da onunla gedir. Bu gün Suriyada vəziyyət elədir ki, orada qadın və uşaqlar ölə bilərlər. Belə halın baş verməməsi üçün sadəcə adamı xaricə buraxmaq lazım deyil. Misal üçün, ona xarici pasport vermirsən, ya da xarici pasportunu ləğv edirsən".

© Sputnik / Aleksandr NatruskinНиколай Силаев, cтарший научный сотрудник Центра проблем Кавказа и региональной безопасности МГИМО
Николай Силаев, cтарший научный сотрудник Центра проблем Кавказа и региональной безопасности МГИМО - Sputnik Azərbaycan
Николай Силаев, cтарший научный сотрудник Центра проблем Кавказа и региональной безопасности МГИМО

Silayev qeyd edib ki, əgər xaricə daxili pasportla getməyə imkan verilsə, onda nəzarət mexanizmi ortadan qalxacaq və belədə o proseduru ümumiyyətlə ləğv etmək lazım gələcək: "Misal üçün, rusiyalılar daxili pasportla Belarusa və daha bir neçə ölkəyə gedə bilərlər. Lakin bu o ölkələrdir ki, onlarla təhlükəsizlik, terrorçuluq və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq çox yüksək səviyyədə qurulub. Bizim Türkiyə ilə o səviyyədə əməkdaşlığımız yoxdur".

Politoloq hesab edir ki, Türkiyə tərəfinin bu təklifi Rusiyada tezliklə dəstəklənməyəcək: "Türkiyənin motivləri başa düşüləndir, amma Rusiya tərəfinin bu təşəbbüsü dəstəkləməmək üçün ciddi əsasları var. O da var ki, bu gün Rusiya vətəndaşları üçün xarici pasport almaq elə də çətin deyil".

Xəbər lenti
0