Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq

© AP Photo / Kayan OzerRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: "Hökumətimiz məsələ ilə bağlı lazımi addımları atacaq"

BAKI, 29 sen — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən paytaxt Ankarada keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında, ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin uzadılması qərarı ilə bağlı açıqlama verib. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı Təhlükəsizlik Şurasına fövqəladə vəziyyətin uzadılmasını tövsiyə edib.

"Dünən Milli Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay daha uzadılmasını hökumətə tövsiyə etdik. Hökumətimiz də məsələ ilə bağlı lazımi addımları atacağına söz verdi", — Ərdoğan deyib.

Xəbər lenti
0