BAKI, 29 sen — Sputnik. Fələstin prezidenti Mahmud Abbas İsrailin sabiq prezidenti Şimon Peresin dəfnində iştirak etmək niyyətində olduğunu deyib. Sputnik İsrail mediasına istinadən xəbər verir ki, o, bu məqsədlə yüksək vəzifəli dövlət məmurları ilə Təl-Əvivə getmək niyyətindədir.
"Jerusalim Post" qəzeti yazır ki, Mahmud Abbas Şimon Peresin ailə üzvlərinə başsağlığı teleqramı da göndərib. O, Şimon Peresi Fələstin muxtariyyətinin mərhum lideri Yasər Ərəfat və İsrailin keçmiş baş naziri İtshak Rabinin sülh prosesindəki həmkarı adlandırıb.
Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də dünyasını dəyişib.