ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı azalıb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidОфициальная резиденция президента США
Официальная резиденция президента США - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciətlər 82 həftədir ki, 300 min səviyyəsindən aşağıdır. Bu, 1970-ci ildən bəri görülən ən uzunmüddətli trenddir.

BAKI, 29 sen-Sputnik. ABŞ-da keçən həftə işsizlik müavinəti üçün müraciət edənlərin sayı proqnozlaşdırılandan az artıb.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, bu vəziyyət işəgötürənlərin işdən çıxarmalar zamanı daha təmkinli olduğunu göstərir.

ABŞ-ın Əmək Nazirliyinin məlumatlarına görə, 24 sentyabrda sona çatan həftədə işsizlik müavinəti müraciətləri 3 min artımla 254 min olub. Proqnoz isə 260 min olub. 4 həftəlik orta işsizlik müraciətləri 2 min 250 azalaraq 256 min olub. Bu, apreldən bəri ən aşağı səviyyədir.

Bugünkü məlumat FED-in məşğulluq bazarının güclənməyə davam etdiyi tezisi ilə də uyğundur. Müraciətlər 82 həftədir ki, 300 min səviyyəsindən aşağıdır. Bu, 1970-ci ildən bəri görülən ən uzunmüddətli trenddir.

Xəbər lenti
0