BAKI, 28 sen — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi sentyabr ayının 27-si ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6252 manat olub.
Avro manata nisbətən ucuzlaşıb — 0,53% zəifləyərək 1,8223 manat olub. Rubl dünənki məzənnəsini sabit saxlayıb. Türk lirəsinin məzənnəsi isə 0,35% ucuzlaşaraq 0,5460 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1132 manatdır. Beləliklə, funt sterlinq 0,02%-lik ucuzlaşma nümayiş etdirib. Gürcü larisinin məzənnəsi 0,67% ucuzlaşaraq 0,6945 manat təşkil edib.