34 ölkəni təmsil edən 216 şirkətdən və 19 ölkədən 25 rəsmi nümayəndə heyətindən Rusiya və Türkiyə şirkətlərinin pavilyonları daha çox diqqət cəlb edir. Rusiyanın hərbi sənaye kompleksi burada 500-dən çox silah nümunəsi nümayiş etdirir.
Türkiyə də sərgidə ən çox şirkətlə təmsil olanan ölkələrdəndir — 42. Pilotsuz uçan təyyarə istehsal edən Türkiyənin TA konserninin nümayəndəsi Bülent Batmac hesab edir ki, bu ölkənin hərbi sənaye kompleksi sürətlə inkişaf edir.
Sərgi sentyabrın 30-dək davam edəcək.