Obamanın planı alt-üst ola bilər

© REUTERS / Yuri GripasABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti 55 ildən sonra ilk dəfə Kubaya səfir təyin etməyə çalışır, respublikaçılar isə bu təyinata qarşıdırlar

BAKI, 28 sen — Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama 55 ildən sonra ilk dəfə Kubaya səfir təyin olunmasını təklif edib. O, bu vəzifə üçün Cefri Dilaurentisti məsləhət görüb.

Sputnik Fox News-a istinadən xəbər verir ki, Cefri Dilaurentist ABŞ-ın Kubanın paytaxtı Havanadakı diplomatik missiyasının əməkdaşıdır. Lakin qeyd olunur ki, onun namizədliyi ilk öncə Konqres tərəfindən təsdiqlənməlidir.

Respublikaçılar Partiyasının Konqresdə üstünlük təşkil etdiyini nəzərə alsaq, bu təyinatın gerçəkləşməsi daha da qəlizləşir. Çünki Respublikaçı senatorlar Kuba ilə münasibətlərin normallaşmasını istəmirlər.

Xəbər lenti
0