BAKI, 28 sen — Sputnik. Birləşmiş Ştatlar prezidenti Barak Obama və Roma papası Fransisk İsrailin sabiq prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edəcək. Sputnik xəbər verir ki, rəsmi Təl-Əviv Misir, İordaniya və başqa ərəb dövlətləri təmsilçilərinin də mərasimə qatılacağını gözləyir.
Dəfndə ABŞ dövlət katibi Con Kerri, keçmiş prezident Bill Klinton və xanımı Hillari Klinton, Fransa lideri Fransua Olland, Kanadanın baş naziri Castin Tryudo, Uels şahzadəsi Çarlzın da iştirakı gözlənilir.“A light has gone out, but the hope he gave us will burn forever.” —@POTUS on the passing of Shimon Peres: https://t.co/kfiWabFROR pic.twitter.com/hC021MJlBD
— The White House (@WhiteHouse) 28 сентября 2016 г.