"Gülən prosesi" çərçivəsində 32 min nəfər həbs olunub

© bluestar.net.auFətullah Gülən
Fətullah Gülən - Sputnik Azərbaycan
Abunə olmaq
Bəkir Bozdağ: "İyulun 15-dən bu günə kimi 70 min nəfər barəsində istintaq tədbirləri həyata keçirilib, onlardan 32 min nəfəri həbs edilib, onlara qarşı cinayət işinə baxılır"

BAKI, 28 sen — Sputnik. "Türkiyədə Fətullah Gülən şəbəkəsi ilə əlaqəli 32 min nəfər olunub". Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ özəl telekanala müsahibəsində bildirib.

"İyulun 15-dən bu günə kimi 70 min nəfər barəsində istintaq tədbirləri həyata keçirilib, onlardan 32 min nəfəri həbs edilib, onlara qarşı cinayət işinə baxılır. Yeni həbslər ola, tutulanlardan bəziləri azad edilə bilər", — deyə nazir söyləyib.

Bəkir Bozdağ deyib ki, Ankarada böyük məhkəmə zalı yoxdur: "Ankaranın bəzi rayonlarında belə salonlar olsa da, yetərli deyil. İstanbulda belə problem yoxdur. Bu baxımdan hazırda Sincan rayonunda müəyyən işlər görülür".

Xəbər lenti
0