Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dələduzluğun qurbanı olan vətəndaş nazirdən kömək istəyir

© xeberservisFikrət Məmmədov - Ədliyyə naziri
Fikrət Məmmədov - Ədliyyə naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Masallı sakin: "Nə edəcəyimi bilmirəm və çıxılmaz durumda qaldığımdan Sizə üz tuturam"

BAKI, 28 sen — Sputnik. "2009-cu ildə Moskva Univermağında satıcı işləyərkən, həmyerlim, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu mənim etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb. 2015-ci ildə iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət etdim və məhkəmə iddiamı təmin edərək qətnamə çıxardı. Qərarda da göstərilirdi ki, Z.Məmmədov mənə 3700 dollar vəsaiti ödəməlidir".

© Photo : / Elnur Ağayevin şəxsi arxivindənElnur Ağayev
Elnur Ağayev - Sputnik Azərbaycan
Elnur Ağayev

Bu sözləri Sputnik-ə açıqlamasında Masallı rayon sakini Ağayev Elnur Azər oğlu deyib. Problemlə əlaqədar ədliyyə naziri Fikrət Məmmədova məktub ünvanlayan vətəndaş yazır: "Mənim mülki işimlə bağlı 04.04.2016-ci il tarixdə Z. Məmmədov məhkəmə qərarını könüllü icra etmədiyi üçün, 10 sutka inzibati həbsə məhkum edildi. 14.04.2016-cı il tarixdə mən tələbkar kimi işi aparan Masallı rayon icra şöbəsinin icra məmuru ilə telefon əlaqəsi yaratdım. İşimin nə yerdə olduğunu soruşduqda icra məmuru mənə borclunun yenidən başqa bir cinayət əməlinə görə bir il həbs olunma xəbərini verdi".

"Qərarın icrası üçün Masallı rayon İcra Şöbəsinə müraciət etdim. Şöbənin rəisi İsmayıl Abazəliyev mənə rəsmi cavab verdi. Cavabda bildirilir ki, borclu Məmmədov Zaur Qalabəy oğlu Salyan rayonun 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də icra sənədi "İcra haqqında" qanunun 10 və 24-cü maddələrinə əsasən həmin cəzaçəkmə müəssisəsinə göndərilib", — deyə E. Ağayev bildirir.

O, icra sənədinin icra olunması üçün 5 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət edib. Buradan da ona bildirilib ki, borclu hazırda işləmədiyi üçün borcunu qaytarması qeyri-mümkündür.

Zərərçəkmiş yekunda ədliyyə nazirindən yardım istəyir: "Cənab nazir, nə edəcəyimi bilmirəm və çıxılmaz durumda qaldığımdan Sizə üz tuturam. Sizdən xahişim odur ki, 3700 dollar məbləğində vəsaitimin Məmmədov Zaur Qalabəy oğlundan alınaraq mənə verilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz".

Xəbər lenti
0