"Cadugər" qadını diri-diri yandırdılar

© Sputnik / Murad OrujovTonqal
Tonqal - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanları hadisədən bir neçə gün sonra xəbər tutublar

BAKI, 28 sen — Sputnik. Perudakı hindu icmalarından birində ağlasığmaz cinayət baş verib. Orada cadugərlikdə günahlandırılan bir qadını ocaqda yandırıblar.

Bu tükürpədən olayla bağlı ictimaiyyəti Associated Press agentliyi məlumatlandırıb. Agentliyin müxbiri bu xəbəri Puerto-Bermudes regionunun prokuroru Uqo Maurisiodan alıb.

"Hətta XXI əsrdə bizim planetin müxtəlif guşələrində orta əsrlərin izlərinə rast gəlmək mümkündür. Peruda bu günlərdə baş verən hadisə bu acı gerçəkliyi bir daha isbat etmiş oldu", — xəbərdə bildirilir.

Sentyabrın 20-də hind icmasının nümayəndəsi Şirinqamat Alto ocaqda özünün 73 yaşlı həmvətənlisi Roza Vilyar Xarionikanı diri-diri yandırıb. Yaşlı qadının qəddarcasına yandırılmasına səbəb onun cadugərliklə məşğul olduğuna dair iddialardır.

Amazonka çayının vadisindəki cəngəlliklərdə yaşayan hindular qadının cadugərliklə məşğul olmasından və onun bu yolla qəbiləyə xəstəliklər gətirməsindən şübhələniblər. Onlar öz aləmlərində həmkəndlilərinə qarşı məhkəmə qurublar.

Qadının taleyini 40 nəfər həll edib. Onların əksəriyyəti qadının cadugərliklə məşğul olduğunu təsdiqləyiblər. Sonra onlar "cadugəri" çəmənliyə topladıqları çırpılara bağlayıblar və benzin tökərək odlayıblar.

Falabaxan qadın. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəml atıram, fala baxıram - əsrlərin fırıldağı

Bu icmanın çox uzaqda məskunlaşması (buradan ən yaxın iri yaşayış məntəqəsinə 10 saata qədər yol getmək lazımdır) və onların telefon rabitəsinin olmaması səbəbindən Perunun hüquq-mühafizə orqanları sözügedən qəddar hadisə ilə bağlı yalnız bir neçə gündən sonra xəbər tutublar. Onlar hadisə yerinə gələndə Roza Xarionikanın kömürə dönmüş qalıqlarını tapıblar.

Hindular "cadugəri" cəzalandırdıqdan sonra, ənənələrə uyğun olaraq 3 gün ərzində onun cəsədini təkrar-təkrar yandırıblar. Baş vermiş bu hadisə barədə asayiş keşikçiləri yalnız onun haqqında hind icmasına aid bir jurnalda məlumat çıxandan sonra xəbər tutublar. Təsadüfən hadisə yerində olan bir şahid "cadugərin cəzalandırılması" hadisəsini telefonu ilə çəkib.

Perulu qadının vəhşicəsinə yandırılması kadrları artıq bir sıra telekanalların əlinə düşüb.

Xəbər lenti
0