BAKI, 28 sen — Sputnik. Amerika Birləşmiş Ştatları Cənubi Koreyada THAAD (Havadan Müdafiə) raket sistemi qurmağı planlaşdırır. Sputnik RT-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlәt Departamentinin Şәrqi Asiya vә Sakit okean üzrә müvәqqәti işlәr vәkilinin müavini Daniel Russel məlumat verib.
Konqresdә çıxış edәn Daniel Russel Şimali Koreya ilә Cәnubi Koraya arasındakı münasibәtlәri dəyərləndirib. ABŞ mediasının xəbərinə görə, Russel Obama rəhbərliyinin THAAD raket sistemi qurmaq üçün bütün detalları müzakirə etdiyini bildirib.
D. Russel, həmçinin ABŞ-ın Şimali Koreyanın beynəlxalq bankçılıq və maliyyə sisteminə girişinin əngəllənməsi üçün Avropa İttifaqı daxil olmaqla bütün beynəlxalq tərəfdaşlarla danışıq aparıldığını dilə gətirib.