Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qanun şeyxülislamın təklifini reallaşdırmağa imkan vermir

© APAAllahşükür Paşazadə Heydər məscidində xütbə oxuyarkən
Allahşükür Paşazadə Heydər məscidində xütbə oxuyarkən - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ölkədə dini telekanal açmaq barədə təklifinə baxmayaraq, bunun reallaşdırılması qanunla qadağandır.

BAKI, 28 sen-Sputnik. Azərbaycanda dini qurumlara özəl telekanal yaratmaq qadağandır. Bu barədə Sputnik-ə Azərbaycanın Milli Televiziya və Radio Şurası aparatının rəhbəri Toğrul Məmmədov bildirib.

Məhərrəm ayının başlanmasına həsr olunmuş tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkədə dini telekanalın açılması istiqamətində çağırış edib. O, bildirib ki, bu məsələni prezident İlham Əliyevlə müzakirə edib.

"Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq" — deyən Paşazadə gələcəkdə jurnalistlər üçün din kurslarının açılmasını da təklif edib.

Lakin "Televiziya və radio yayımı haqqında " Azərbaycan Respublikası qanununda kimin özəl telekanal açmaq hüququnun olmaması barədə dəqiq yazılıb. 

Məmmədovun sözlərinə görə, bu məhdudiyyət qanunun 10-cu maddəsində (Özəl yayımçı) göstərilib.

Yeri gəlmişkən, qanuna görə, dini qurumlar, eləcə də, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər və siyasi partiyalar özəl teleradio yayımını təsis edə bilməzlər.

Aparat rəhbəri əmindir ki, yaxın zamanlarda MTRŞ yeni telekanallara lisenziya verilməsilə bağlı müsabiqə elan etməyəcək, çünki onların sayı ölkədə kifayət qədərdir.
Ümumilikdə, ölkədə 76 teleradio yayımı mövcuddur. Kabel yayımını nəzərə almasaq, 10 ümumrespublika və 14 regional telekanal mövcuddur.

"Azərbaycan başqaları ilə müqayisədə kiçik ölkədir, lakin burada 10 telekanal fəaliyyət göstərir. Əgər reklam bazarına diqqət yetirsək görərik ki, telekanalların sayının artırılması hər bir telekanalın reklam gəlirlərinin aşağı düşməsinə səbəb olur. Bu da öz növbəsində telekanalların vəziyyətinə təsir edir. Buna görə də, yeni telekanalın açılmasını düşünməzdən qabaq bunları nəzərə almaq lazımdır" — deyə Məmmədov bildirib.

Qeyd etmək lazımdır ki, qanunlar tələblərə uyğun olaraq vaxtaşırı əlavə də dəyişikliklərə məruz qalır. Eyni zamanda bu və ya digər qanunlarda dəyişikliklərə qanunverici orqan baxır. Məmmədov bildirib ki, "Televiziya və radio yayımı haqqında " qanunun təkmilləşdirilməsi ilə bağlı Milli Məclisə hər hansı təklif daxil olmayıb.

Xəbər lenti
0