Paytaxt sakinləri və şəhərimizin qonaqlarının diqqətində olan tədbirlərdən biri də Bakı Expo center-də açılan ADEX 2016 ikinci beynəlxalq müdafiə sərgisidir.
Bu il sərgidə 34 ölkədən 216 şirkət və 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir. Ümumilikdə 4 gün ərzində 44 ölkənin məhsulları nümayiş etdiriləcək.
Azərbaycan müdafiə sanayesi nazirliyi 260-dan artıq məhsul nümunəsi nümayiş etdirib. Bu il intellektual sistemlərə, yüksək texnoloji məhsullara xüsusi diqqət yetirilir.