Sputnik-in məlumatına görə, MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrinin də hamısında səsvermə prosesi başa çatıb.
Beləliklə, 5627 seçki məntəqəsinin hamısı hesabat verib.
Səsvermədə səsvermə hüqüquna malik Azərbaycan vətəndaşlarının 69,7 faizi, yəni 3 milyon 671 min 707 nəfər iştirak edib.
Sputnik-in hazırladığı infoqrafikada Referendumun nəticələri barədə məlumatlarla tanış ola bilərsiniz.