CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Koba" Azərbaycandakı bu qalada cəza çəkib

Abunə olmaq
Ötən əsrin əvvəllərində burada 3 minə yaxın məhbus olub. Onlara 4 böyük, 14 kiçik nəzarətçi nəzarət edib. Binada 2 tibb kamerası fəaliyyət göstərib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 sen — Sputnik. Qalalar tarixən, uzunmüddətli dairəvi müdafiə üçün hazırlanan, daim qarnizonu, silahları, ehtiyatları olan strateji əhəmiyyətli məntəqə rolu oynayıb. Qədim dövrlərdə torpaq bəndlər, ağac, kərpic, daş və sair divarlarla əhatə olunan müdafiə istehkamı qurulardı. İnşaat işlərinin təkmilləşdirilməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qülləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9-10 metrə, bəzi hallarda 30 metrə çatırdı.

Azərbaycanda ən qədim qalalar siklop tikintilərdir. Qalaların təsnifatını verərkən demək lazımdır ki, feodalizm dövründə şəhərlərin ətrafı ikiqat, üçqat divarlarla və xəndəklərlə də əhatə olunurdu. Bu tip qalalar üçün dördkünc, dairəvi və yarımdairəvi bürclər xarakterikdir.

Azərbaycan ərazisində bir çox qalalar mövcud olub və belə qalalardan biri də Lənkəran Qalasıdır (yaxud Dairəvi Qala). Bu qala rusların 1727-ci Xəzərin Lənkəran sahillərində yerləşməsi və möhkəmlənməsi üçün tikilən 3 qaladan biridir.

Tədqiqatçı Ayaz Əhmədovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata əsasən, qalanın cənub və şimal-şərq hissəsində 2 dairəvi istehkam-dayaq məntəqəsi olub: "Bunlardan biri hal-hazırda Lənkəran şəhərinin mərkəzində "Mayak" binası kimi istifadə edilən binadır. Digəri isə şəhərin başqa bir hissəsində olan və uzun illər həbsxana kimi istifadə olunan Dairəvi Qaladır. Bəzi mənbələrdə hər iki istehkam arasında yeraltı yol olduğu qeyd olunur. Bu yeraltı yolda iki nəfər ayaq üstə və yan-yana sərbəst hərəkət edə bilib. Sözügedən yolun işıqlandırılması üçün hər 2 metrdən bir rəflərdə qoyulan saxsı qablarda çıraqlar yandırılıb".

Müsahibimiz bu istehkamların 1869-cu ilə kimi mühüm müdafiə və dayaq məntəqəsi rolu oynadığını deyib: "1869-cu ildə bu məntəqələrin birində, daha doğrusu şimal-şərq hissəsindəkində olan istehkamın üzərinə silindr şəklində tikili əlavə olunub və donanmaya təhvil verilib. Məhz 1869-cu ildən bu bina Lənkəranda "Mayak" kimi bu günə kimi istifadə edilir".

"Lənkərançay yaxınlığında, daha dəqiq cənub hissəsində olan digər istehkam-dayaq məntəqəsi Çar Rusiyası və eləcə də Sovet dönəmində bina həbsxana kimi istifadə edilib. Bu binada 140 nəfər məhbusun cəza çəkməsi nəzərdə tutulsa da, öncə buraya 268 nəfər məhbus yerləşdirilib", — tədqiqatçı vurğulayıb.

Onun sözlərinə görə, "Lənkəran ensiklopediyası"nda yazılan məlumata əsasən, Dairəvi qalada 1911-ci ildə 2668 nəfər məhbus cəza çəkib: "Onlara 4 böyük, 14 kiçik nəzarətçi nəzarət edib. Binada 2 tibb kamerasının hərəsində 15 nəfər olmaqla, eyni vaxtda 30 məhbus müalicə olunub. 1965-ci ildə Dairəvi qalada fəaliyyət göstərən həbsxana ləğv edilib. 1970-90-ci illərdə bina tikiş sexi kimi fəaliyyət gstərib. 2010-cu ildə bina təmir edilib və yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur".

Bəzi mənbələrdə qeyd olunur ki, 1903-04-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan və o dövrdə "Koba" ləqəbi ilə tanınan İosif Stalin bu qalada cəza çəkib. Hazırda binada Lənkəran Şəkil Qalereyası fəaliyyət göstərir.

© Sputnik / Rahim ZakiroğluLənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala - Sputnik Azərbaycan
1/21
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
© Sputnik / Rahim MuradovLənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.

2/21

© Sputnik / Rahim MuradovTədqiqatçı Ayaz Əhmədov.
Tədqiqatçı Ayaz Əhmədov - Sputnik Azərbaycan
3/21
Tədqiqatçı Ayaz Əhmədov.
© Sputnik / Rahim MuradovLənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala - Sputnik Azərbaycan
4/21
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
© Sputnik / Rahim MuradovLənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala - Sputnik Azərbaycan
5/21

6/21

7/21
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
© Sputnik / Rahim ZakiroğluLənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala - Sputnik Azərbaycan
8/21
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
© Sputnik / Rahim MuradovLənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala - Sputnik Azərbaycan
9/21
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala
© Sputnik / Rahim MuradovLənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala - Sputnik Azərbaycan
10/21
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
© Sputnik / Rahim MuradovLənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala.
Lənkəran rayonundakı XVIII əsrə aid Dairəvi qala - Sputnik Azərbaycan
11/21

12/21

13/21

14/21

15/21

16/21

17/21

18/21

19/21

20/21

21/21

Xəbər lenti
0