BAKI, 27 sen — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dili Bayramı münasibətilə açıqlama verib. "Dilimiz millətimizin birlik və bərabərliyinin zəmanətidir", — deyə Ərdoğan bildirib.
Sputnik Trt-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti deyib: "Dünyanın saylı dillərindən olan Türk dili millətin zehninin şəffaflığını, ünsiyyət bacarığını, dünyaya baxışını göstərən xeyli zəngin və köklü dildir. Türk millətinin müstəqilliyini sevən xarakteri, özünə məxsus mədəniyyəti, yaşama və düşünmə tərzi, ən gözəl öz diləndə yəni türkcədə təcəssüm edir".
"Çox geniş bir coğrafiyada danışılan, müştərək tariximizi, mədəniyyətimizi ifadə edən türkcəmiz millətimizin birlik və bərabərliyinin zəmanətidir. Mədəniyyətimizin müstəsna dəyərlərini nəsildən nəsilə çatdıran dilimiz çox fərqli mədəniyyətlərin bir-birinə təsir etməsi ilə canlılığını qoruyub", — deyə Ərdoğan vurğulayıb.