SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Referendumun nəticələri xalqın iradəsini ifadə edib

© Photo : facebook.com/asim.mollazade / Mediabanka keçidDemokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə səs verərkən
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə  səs verərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Demokratik İslahatlar Partiyası referendumla bağlı mövqeyini açıqlayıb.

BAKI, 27 sen-Sputnik. Demokratik İslahatlar Partiyası (DİP) referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini bəyan edib.
Partiyanın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu gün DİP 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələrini müzakirə edib.

Məlumata görə, DİP ümumilikdə seçki prosesini müşahidə edib. Partiyanın müşahidəçiləri ölkə üzrə əksər DSK-larda və MnSK-larda səsvermə prosesini izləyiblər. Eyni zamanda partiya nümayəndələri referendumu müşahidə edən beynəlxalq missiyaların nümayəndələrinin də rəyləri ilə yaxından tanış olublar.

Asim Mollazadə - Sputnik Azərbaycan
Asim Mollazadə: Parlament diplomatiyasından geniş istifadə edilməlidir
Partiya Siyasi Şurası bu müşahidələrin nəticələrinə əsasən bəyan edib ki, referendum günü ölkə üzrə seçici fəallığı hiss olunub. Bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar, xırda qanunsuzluqlar istisna olmaqla, partiya tərəfindən ciddi qanun pozuntuları qeydə alınmayıb. Qeydə alınan çatışmazlıqlar çox az sayda məntəqəni əhatə etdiyindən, referendumun nəticələrinə təsir etmək gücündə olmayıb.

"Referendumun qanunvericiliyə uyğun, şəffaf şəraitdə keçdiyini, bütün ictimai və siyasi qurumların nümayəndələrinə onu sərbəst şəkildə müşahidə etmək imkanlarının yaradıldığını, ümumilikdə referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini bəyan edirik." — deyə DİP-in bəyanatında bildirilir.

Partiya ümid etdiyini bildirib ki, referendumun nəticələri Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, ölkədə geniş və hərtərəfli demokratik islahatların aparılmasına, insan hüquqlarının etibarlı şəkildə qorunmasına, ümumilikdə hüquqi dövlətçiliyin möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verəcək.

Xəbər lenti
0