Hər il 3 milyon insan bu havanın qurbanı olur

© AFP 2024 / LILLIAN SUWANRUMPHAAtmosferin zəhərlənməsi
Atmosferin zəhərlənməsi - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST: Dünya əhalisinin 92 faizi çirkli hava ilə nəfəs alır.

BAKI, 27 sen-Sputnik. Dünya əhalisinin 92 faizi çirkli hava ilə nəfəs alır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Sputnik Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadla xəbər verir ki, Təşkilat tərəfindən aparılan tədqiqatların nəticələri interaktiv xəritədə öz əksini tapıb.

Onun tərtib olunması üçün bütün dünya üzrə quraşdırılan 3000 yerüstü müşahidə stansiyası, həmçinin peyk vasitəsi ilə əldə olunan məlumatlardan istifadə olunub.

ÜST-ün məlumatına görə, hər il təqribən 3 milyon insan ziyanlı tullantılardan yayılan xəstəliklərdən vəfat edir.

Dünyada 10 adamdan doqquzu havası çirkli olan bölgələrdə yaşayır. Müəssisələr daxilində havanın keyfiyyətinin pis olması da insan sağlamlığına mənfi təsir göstərir. Təkcə 2012-ci ildə bu səbəblərdən 6,5 milyondan çox insan həyatını itirib. Bütün ölüm hallarının təqribən 90 faizi gəlir səviyyəsi aşağı və orta olan ölkələrin payına düşür.

Havanın keyfiyyəti ilə bağlı xəstəliklərə ürək-damar və tənəffüs sistemi xəstəlikləri aiddir.

Məlumatda bildirilir ki, ətraf mühiti çirkləndirən təkcə insan deyil. Məsələn, qum burulğanı kimi təbiət hadisəsi də havanın keyfiyyətinə mənfi təsir göstərə bilər.

Xəbər lenti
0