Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın nəticəsində “Günəşli”dən 69 nəfər təxliyyə edilib

© Photo : STRGünəşli yatağında yanğın, arxiv şəkli
Günəşli yatağında yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatda deyilir ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.

BAKI, 26 sen — Sputnik. Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın yaydığı birgə məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib: “Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir. Əlavə məlumat veriləcək”. 

Xəbər lenti
0