BAKI, 26 sen — Sputnik. Beynəlxalq teatr tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və Assosiasiyanın üzvü İsrafil İsrafilov Belqradda işgüzar səfərdədir. Yuğ teatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, azərbaycanlı teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresinə dəvət alıblar.
25 sentyabr — 2 oktyabr tarixlərində keçiriləcək tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edəcək. Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə "Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında mövzusunda" beynəlxalq simfozium keçiriləcək.