Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Taksi sürücülərinə bəd xəbər

Abunə olmaq
Yaxın 10 ilə onlara ehtiyac qalmayacaq. Çünki artıq sürücüsüz taksilərin dövrü başlayır.

BAKI, 26 sen — Sputnik. Moskva rəhbərliyi yaxın vaxtlarda paytaxta pilotsuz taksilər və karşerinq buraxmağı planlaşdırır. Sputnik Rusiya mediasına istinadla xəbər verir ki, yaxın 10 il ərzində taksilər və karşerinqlər sürücüsüz işləməyə başlayacaq.

Taksi - Sputnik Azərbaycan
Taksi sürücülərinə yeni xəbər

Moskva merinin nəqliyyat məsələləri üzrə müavini Maksim Liksutov bildirib ki, taksi və karşerinq xidməti eyni mərkəzdə birləşdiriləcək. Merin digər müavini, şəhərin baş arxitektoru Sergey Kuznetsov isə bildirib ki, pilotsuz avtomobil sisteminin fəaliyyətinin tənzimlənməsi üçün ağıllı işıqforlar sistemindən istifadə ediləcək.

Daha əvvəl "Yandex" şirkəti bildirmişdi ki, Moskvada pilotsuz taksilər intellektual paylanma texnologiyaları sistemi üzrə sifarişləri qəbul edəcək.

Pilotsuz taksilərin istifadəyə verilməsi üçün lazımı texnoloji təchizat sistemi ilə yanaşı müvafiq qanunvericilik bazasının da yaradılmasına ehtiyac var. Moskvanın icra orqanları bəyan edib ki, bu məsələlər qaydaya düşəndən sonra pilotsuz taksi servisi ilə əməkdaşlıq etməyə hazırdırlar.

Qeyd edək ki, Sinqapurda bu layihənin həyata keçirilməsi üçün xüsusi ərazi ayrılıb. Eyni addımı Amerikanın Pitsburq şəhərinin hakimiyyəti də atıb.

Xəbər lenti
0