CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi sürücülərinə yeni xəbər

Abunə olmaq
"Uber" şirkəti 2009-cu ildə ABŞ-ın San-Fransisko şəhərində yaradılıb. Onun xidmətləri dünyanın 100-dən çox ölkəsinin şəhərlərində, o cümlədən Bakıda istifadə olunur.

BAKI, 29 avq — Sputnik. Azərbaycanda da kifayət qədər tanınan dünyaca məşhur sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Uber" şirkəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fəaliyyətini dondurub.

Sputnik Fox News-a istinadən xəbər verir ki, ötən bazar ölkədə servisin 50 sürücüsü səbəbsiz yerə saxlanılıb ki, bu da ani çaşqınlıq yaradıb.

"Bu problem müvəqqətidir, yeni məlumatlar olan kimi, biz xəbər verəcəyik", — deyə şirkətdən bildirilib.

"Uber" şirkəti Birləşmiş Ərəb Əmirliklərində 2013-cü ildən fəaliyyət göstərir.

Şirkət müştərilərə öz saytı, həmçinin "iPhone"larda və "Android" sistemi ilə işləyən qurğularda xüsusi yaradılmış eyniadlı proqram vasitəsilə şəxsi taksi sifariş etmək imkanı verən avtomobil daşımaları xidmətidir. Xidmət proqram təminatından istifadə edərək yaxınlıqda olan sürücünü müştərinin olduğu yerə istiqamətləndirir. Ödəniş bank hesabı vasitəsi ilə həyata keçirilir və gəlirin 80 faizi taksi sürücüsünə qalır.

"Uber" şirkəti 2009-cu ildə ABŞ-ın San-Fransisko şəhərində yaradılıb. Onun xidmətləri dünyanın 100-dən çox ölkəsinin şəhərlərində, o cümlədən Bakıda istifadə olunur.

Xəbər lenti
0