CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə 20 mindən çox vətəndaş səs verib

© Sputnik / Şahperi Abbasova113 saylı Şəki şəhər Dairə Seçki Komissiyası
113 saylı Şəki şəhər Dairə Seçki Komissiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 15:00-dək 20282 nəfər seçici seçkidə iştirak edib ki, bu da ümumi seçicilərin 53.65 %-ni təşkil edir

BAKI, 26 sen — Sputnik. 113 saylı Şəki şəhər seçki dairəsi üzrə referendumda iştirak edəcək seçicilərin sayı 37804 nəfərdir. Sputnik-in bölgə müxbiri xəbər verir ki, saat 15:00-dək 20282 nəfər seçici seçkidə iştirak edib. Bu da seçicilərin 53.65 %-ni təşkil edir.

Gəncə şəhər 13 saylı seçki məntəqəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gəncə üzə seçici fəallığı 50 faizi keçib

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur. Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0