CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt üzrə seçici fəallığı 26.8 faizdir

© Sputnik / Irade JELILSumqayıt Seçki Dairəsi
Sumqayıt Seçki Dairəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərdə yerləşən seçki məntəqələrində 11661 nəfər səs verib

BAKI, 26 sen — Sputnik. 43 saylı Sumqayıt Seçki Dairəsi üzrə 43510 nəfər seçici var və saat 12.00-a olan məlumata görə, 11661 nəfər səs verib. Bu da seçicilərin 26,8 faizi deməkdir.

Gəncədə səsvermə prosesi - Sputnik Azərbaycan
CƏMİYYƏT
5 dairədə 60 mindən çox seçici səs verib

Bu barədə Sputnik-ə sözügedən DSK-nın sədri Həsən Məmmədov məlumat verib. Qeyd edək ki, Estoniya və Finlandiyadan xarici müşahidəçilər də dairə ərazisindəki məntəqələrdə olublar.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0