CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə üzrə seçici fəallığı 30 faizi keçib

Abunə olmaq
Saat 12-dək 1 milyon 613 min 879 nəfəri səs verib

BAKI, 26 sen — Sputnik. Saat 12:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 1 milyon 613 min 879 nəfəri səs verib. Bu isə 30,6 faiz seçici fəallığı deməkdir.

Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov səsvermənin gedişi ilə bağlı keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

MSK - Sputnik Azərbaycan
13 faizə yaxın seçici səs verib

Qeyd edək ki, vətəndaşlar 125 seçki dairəsi üzrə 5 min 627 seçki məntəqəsində səs verəcəklər. Seçicilərin sayı 5 milyon 267 min 111 nəfərdir.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0