BAKI, 26 sen — Sputnik. Gəncə şəhərində ümumxalq səsverməsi (referendum) davam edir. Şəhərdə 37, 38 saylı Nizami və 39, 40 saylı Kəpəz rayon seçki dairələri fəaliyyət göstərir.
37 saylı Nizami rayon seçki dairəsində səsvermə davam edir. Dairədə ümumi seçici sayı 32402 nəfərdir. 24 mülki və 400 seçicisi olan 1 hərbi məntəqə var.
Saat 10-a olan məlumata görə, seçicilərdən 3743 nəfər seçkidə iştirak edib. Bu, ümumi seçici sayının 11,4 %-i təşkil edir.
38 saylı Nizami rayon seçki dairəsində, seçici sayı 34 217 nəfər olan 25 mülki və 650 nəfər olan 1 hərbi məntəqə var. Saat 10.00-a olan məlumata görə, seçicilərdən 3834 nəfər (11,%) seçkidə iştirak edib.
39 saylı Kəpəz rayon seçki dairəsində 38756 seçicisi olan 29 mülki və 3092 nəfər olan 3 hərbi məntəqə fəaliyyət göstərir. Onlardan 4397 (10,51 %) seçici seçkidə iştirak edib.
40 saylı Kəpəz rayon seçki dairəsi üzrə isə seçici sayı 42015 nəfər olan 30 məntəqə fəaliyyət göstərir. Bu məntəqələr üzrə artıq 4328 nəfər (10,3 %) səsvermədə iştirak edib.